Xerş: “ABŞ İrana nüvə zərbəsi endirə bilər” | VİDEO

   Xerş: “ABŞ İrana nüvə zərbəsi endirə bilər”    | VİDEO
  20 İyun 2025    Oxunub:669
Amerika lideri Donald Tramp bazar ertəsi Uoll-strit ticarətinin açılışı zamanı “partlayış” şokunu mümkün qədər yumşaltmağa çalışdığı üçün ABŞ bu həftənin sonunda İranın Fordo nüvə obyektini vura bilər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən amerikalı jurnalist-tədqiqatçı Seymur Xerş “Substack” platformasında belə deyib.

“Ağ Ev Fordoda yerin 80 metr dərinliyində yerləşən sentrifuqaları hədəf alan genişmiqyaslı bombalama kampaniyasını təsdiqləyib. Onlar dərində yerləşdiyinə görə, ABŞ bunker busterləri (oyucuları) olan bombardmançılardan istifadə edəcək”, - jurnalsit vurğulayıb.

WSJ: “İrana zərbənin bir addımlığında” | VİDEO
“Axios” nəşri də mənbələrə istinadən ABŞ-nin İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura biləcəyini yazıb.

Bundan əvvəl ABŞ-nin yüksək rütbəli rəsmilərinin yaxın günlərdə İrana mümkün zərbənin endirilməsi üçün hazırlıqlara başladıqları bəlli olmuşdu. Məlumatda qarşıdan gələn həftəsonu zərbə planlarının müzakirə edildiyi bildirilirdi.

Bir sıra federal qurumların rəhbərlərinın belə bir ssenariyə hazırlaşmağa başladıqları iddia olunur. Bununla belə, Ağ Ev administrasiyası belə hazırlığın aparıldığı barədə rəsmi açıqlama verməyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Xerş   ABŞ   İran  



Xəbər lenti